Bakı. Trend:
Azərbaycanda 2023-cü ildə ÜDM artımının 2,8 faiz səviyyəsində (daha əvvəl proqnozlaşdırıldıından 0,6 faiz daha çox) olacağı proqnozlaşdırılır.
Trend-in çərşənbə günü Dünya Bankının (DB) "Global Economic
Prospects" hesabatına istinadən bildirdiyinə görə, 2024-cü ildə
Azərbaycanda ÜDM artımı 2,6 faiz təşkil edəcək.
Beləliklə DB 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in orta illik
artım tempini 2,7 faiz səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, DB 2022-ci ildə Azərbaycanda ÜDM artımını 4,2 faiz səviyyəsində qiymətləndirib.
“2023-cü ildə Cənubi Qafqaz ölkələrində ÜDM artımı 3,3 faiz, 2022-ci ildəki 6,5 faiz artımdan sonra 2024-cü ildə isə 3,5 faiz təşkil edəcək. Proqnozlaşdırılan ləngimə 2021-22-ci illərdə əhəmiyyətli dərəcədə bərpadan sonrakı dinamikanın zəifləməsini, avrozonada zəifləmiş artım templərinin təsirini, Ermənistan və Azərbaycan sərhəddində gərginliyin qalmasını və Cənubi Qafqazın ən yaxın iqtisadi tərəfdaşlarından biri olan Rusiyada istehsalatın davamlı azaldılmasını əks etdirir”, - DB qeyd edir.