...

Britaniya şirkətlərinin azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 11 Yanvar 2023 13:40 (UTC +04:00)

Bakı. Trend:

Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı müzakirə olunub.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində paylaşım edib.

"Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə iki ölkə arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti