...

AÇG-dəki dərin qaz laylarında qiymətləndirmə işlərinə başlandı

İqtisadiyyat Materials 23 Yanvar 2023 17:10 (UTC +04:00)

Bakı. Trend:

Azəri-Çıraq-Günəşli (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanıb.

bp-dən Trend-ə bildirilib ki, A22z adlanan bu quyu Çıraq platformasından qazılacaq və mövcud A22 injektor quyusundan yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.

Quyunun ümumi dərinliyinin 4500 metrədək olacağı planlaşdırılır.

Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək.

Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti