...

Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2023 14:37 (UTC +04:00)
Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 25-də Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Osman Xaliyev ötən il görülən işlər barədə təqdimatla çıxış edib və həyata keçiriləcək tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırıb.

Bildirilib ki, 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.

Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi ötən il davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kredit qalıq məbləği 877,94 milyon manat olan 5052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir.

Tədbirdə ötən il ərzində Fondun təşəbbüsü ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması, regionlarda sahibkarların maarifləndirilməsi, qadın və gənc sahibkarların dəstəklənməsi məqsədilə görülən işlər barədə məlumat verilib, həmçinin, 2023-cü ildə icrasına başlanılacaq “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı hədəf və prioritetlər diqqətə çatdırılıb.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti