...

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faiz artıb - Taleh Kazımov

İqtisadiyyat Materials 1 Fevral 2023 11:56 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faiz artıb - Taleh Kazımov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faiz və ya 5,3 milyard dollar artıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədiyyə balansının əsas komponenti müsbət saldo formalaşdırıb.

O bildirib ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb. Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.

Xəbər lenti

Xəbər lenti