...

Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq

İqtisadiyyat Materials 1 Fevral 2023 13:44 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, "AK Pack" MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, "Novus Plastica" MMC-nin polimer məhsullar emalı müəssisəsi və "UPI - Universal Packing İndustry" QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisəsidir.

"Bu müəssisələrdə ümumilikdə 90 milyon manatdan artıq həcmdə investisiya ilə 600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır", - o deyib.

Xatırladaq ki, 2022-ci ildə 28 sahibkarlıq subyekti sənaye zonalarında rezident statusu alıb (bunlardan ikisi Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb), ümumilikdə bu günədək 116 sahibkarlıq subyekti rezident statusu alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti