...

Sığorta xidmətlərindən istifadə üçün vahid elektron sistem istifadəyə verilib

İqtisadiyyat Materials 2 Fevral 2023 12:40 (UTC +04:00)
Sığorta xidmətlərindən istifadə üçün vahid elektron sistem istifadəyə verilib

Bakı. Trend:

Vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi veb səhifəsinə (https://isb.az/) daxil olmaqla, seçdiyi sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini ala bilərlər.

Bürodan Trend-ə verilən məlumata görə, şirkətlərin rəsmi veb səhfilərində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan onlayn rejimdə rahatlıqla sığorta təminatının əldə edilməsi mümkün hala gətirilmişdir.

Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.

Xatırladırıq ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən AR Mərkəzi Bankının 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər.

Həmçinin, vətəndaşlar şirkətlərin elektron sistemləri ilə əlaqədar yaşadıqları texniki problemləri 7/24 İcbari Sığorta Bürosunun [email protected] email ünvanına müraciət edərək və ya 012 595 -00 -20 nömrəli çağrı mərkəzinə zəng vuraraq bildirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti