...

Qazaxda 19 km uzunluğa malik avtomobil yolu yenidən qurulub (FOTO/VİDEO)

İqtisadiyyat Materials 2 Fevral 2023 15:07 (UTC +04:00)
Qazaxda 19 km uzunluğa malik avtomobil yolu yenidən qurulub (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

AAYDA-dan Trend-ə verilən məlumata görə, çınqıl və qara örtüklü olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 19 km olan avtomobil yolunun torpaq yatağının eni 10 m, hərəkət hissəsinin eni 6 m təşkil edir, çiyinlərin eni isə müvafiq olaraq 2 m-dir.

Layihə çərçivəsində yolun 16.6 km uzunluğa malik Çaylı, həmçinin 2.4 km-lik Qarapapaq hissələrində "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq əsaslı ərazidə deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülərək yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının inşası və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün salınması işləri aparılıb.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Layihənin icrası 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdırıb, yük və sərnişin daşımasını asanlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti