...

Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Rəsmi

İqtisadiyyat Materials 8 Fevral 2023 14:10 (UTC +04:00)
Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Rəsmi

Bakı. Trend:

Sosial şəbəkələrdə zəlzələ ilə bağlı Türkiyə edilən yardımlardan vergi tutulması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən Trend-ə verilən məluma görə, Türkiyəyə yardımla bağlı edilən ödənişlərdən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Vergi tutulması ilə qarşılaşan şəxslər İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi ilə əlaqə saxlayıb, şikayətlərini bildirə bilərlər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Türkiyədəki zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşlar xüsusi yaradılmış bank hesabları vasitəsilə yardım edə bilərlər.

Hesab Adı:

T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı

Alıcı Bank:

T.C. ZİRAAT BANKASI A.Ş.

Alıcı Filial:

ANKARA KAMU KURUMSAL ŞUBESİ

TL hesabı :

TR 73 0001 0017 4555 5555 5552 04

USD hesabı :

TR 46 0001 0017 4555 5555 5552 05

EUR hesabı:

TR 19 0001 0017 4555 5555 5552 06

Bankın SWIFT Kod № :

TCZBTR2A

Türkiyənin Bakıdakı səfirliyi yardımlarla bağlı əlaqə saxlamaq üçün əlaqə telefonlarını açıqlayıb.

Mərkəzi nömrə: +994 12 444 73 20

Konsolosluq şöbəsi: +994 12 444 73 43

Qaynar xətt: +994 51 206 08 04

Məqalədə:
Xəbər lenti

Xəbər lenti