...

Horadiz - Ağbənd dəmir yolunda Qumlaq stansiyasının tikintisinə hazırlıq gedir (FOTO)

İqtisadiyyat Materials 20 Fevral 2023 17:52 (UTC +04:00)
Horadiz - Ağbənd dəmir yolunda Qumlaq stansiyasının tikintisinə hazırlıq gedir (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Horadiz - Ağbənd dəmir yolunun 48-ci km-də Qumlaq stansiyasının tikintisinə hazırlıq gedir.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Tural Abbaslı Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.

Onun sözlərinə görə, hazırda hər biri 1 km uzunluğa malik iki köməkçi dəmiryol xəttinin tikintisi üzrə işlər gedir.

"Bu stansiya dəmiryol xəttinin hər iki istiqamətində həm sərnişin, həm də yük qatarlarını qəbul edəcək", - T.Abbaslı deyib.

O, stansiyanın layihələndirilməsi üzrə işlərin tamamlanma mərhələsində olduğunu bildirib.

"Layihə təsdiqləndikdən sonra sürətləndirilmiş şəkildə stansiyanın tikintisi başladılacaq. Həm bu stansiyanın, həm də bütünlükdə Horadiz - Ağbənd dəmir yolunun inşasında azərbaycanlı və türk mütəxəssislər iştirak edirlər", - Tural Abbaslı deyib.

"Yaxın bir il ərzində Horadiz - Ağbənd dəmir yolunda doqquz stansiyanın inşa olunacağını gözləyirik", - o əlavə edib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz- Ağbənd dəmiryol xəttinin Cəbrayıl rayonu ərazisindən keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti