...

AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib

İqtisadiyyat Materials 23 Fevral 2023 17:39 (UTC +04:00)
AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib

Bakı. Trend:

Təkcə xarici aviaşirkətlər hesabına deyil, AZAL da marşrut şəbəkəsini genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib.

Trend xəbər verir ki, AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib ki, 2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulur.

“Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir.

Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb", - deyə S.Rzayev qeyd edib.

Samir Rzayev bildirib ki, AZAL tərəfindən bu il bir çox istiqamət üzrə uçuşlara başlanması nəzərdə tutulur. “Bu ilin mart ayından etibarən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından isə milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək”.

Regional aeroportların fəaliyyətinə də toxunan Samir Rzayev qeyd edib ki, hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti