...

Dünya Bankı və Azərbaycan ölkənin insan kapitalı indeksinin yaxşılaşma perspektivlərini müzakirə edir - Regional direktor

İqtisadiyyat Materials 24 Fevral 2023 15:41 (UTC +04:00)
Dünya Bankı və Azərbaycan ölkənin insan kapitalı indeksinin yaxşılaşma perspektivlərini müzakirə edir - Regional direktor
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı və Azərbaycan ölkənin insan kapitalı indeksinin yaxşılaşma perspektivlərini müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Avropada və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə regional direktoru Fadia Saadah "Azərbaycanda İnsan Kapitalı İcmalı"nın təqdimatına həsr olunmuş tədbirdə deyib.

"İnsan kapitalının proqnozlaşdırılması üç aspektin yaxşılaşmasından asılıdır: təhsildən, səhiyyədən və sosial müdafiədən. Azərbaycana səfərimin əsas məqsədi qeyd olunan sahələrin yaxşılaşması üçün Dünya Bankının ideyalarını bölüşməkdən ibarətdir. Dünya Bankı ölkələr üzrə insan kapitalı indekslərini hər iki ildən bir yeniləyir. Çox ümid edirəm ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində nəinki indeks göstəricilərini yaxşılaşdıracaq, həm də qeyd olunan sahələri inkişaf etdirə biləcək", - o deyib.

Regional direktor, həmçinin, Azərbaycanın dövlət strukturlarının insan kapitalının yaxşılaşdırılması proqramına və hazırlanmış İcmala açıq olduqlarını, habelə sıx əməkdaşlığın insan resursları sahəsində daha yaxşı göstəricilərin əldə olunmasına imkan yaradacağını qeyd edib.

Xatırladaq ki, Dünya Bankının hesabatına əsasən, 2010-2020-ci illər ərzində insan kapitalı indeksi 50 faizdən 58 faizədək qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti