...

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş olub (FOTO)

İqtisadiyyat Materials 25 Fevral 2023 11:36 (UTC +04:00)
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərlərilə növbəti görüş olub.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib.

Təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib.

Görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti