...

Anglo Asian Mining Azərbaycan bankı ilə kredit müqaviləsi imzalayıb

İqtisadiyyat Materials 9 Mart 2023 20:14 (UTC +04:00)
Anglo Asian Mining Azərbaycan bankı ilə kredit müqaviləsi imzalayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Anglo Asian Mining (AAM) Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 55 milyon manat (32,3 milyon dollar) dəyərində kredit müqaviləsi imzalayıb

Trend bu barədə AAM-a istinadən xəbər verir.

Məlumata əsasən, yeddi illik yenilənən kredit xətti Anglo Asian-ın "Azerbaijan International Mining Company"-in (AIMC) tam mülkiyyətində olan törəmə şirkəti vasitəsilə bağlanıb.

"Bu, əlavə maliyyələşdirmə və şirkətin genişlənmə planları üçün əməliyyat çevikliyini təmin edəcək. Hazırda kredit xətti üzrə vəsaitlər istifadə olunmayıb", - AAM-ın məlumatında deyilir.

Şirkət, həmçinin, müqavilənin Anglo Asian-ın öz ortamüddətli artım planlarının reallaşmasına hazırlığında daha bir vacib addım olduğunu və şirkət mis hasilatına yönəlmiş orta səviyyəli dağ-mədən şirkətinə çevrildikdə artım planların pik həddinə çatacağını qeyd edib.

"Azərbaycan Beynəlxalq Bankı ilə yenilənən kredit xəttinin imzalanmasından məmnunuq. Bu, əməliyyatların genişləndirilməsi üzrə ortamüddətli planlarımızın reallaşdırılmasına hazırlıqda daha bir mərhələ təşkil edir. Kredit xətti təminatsız əsasda bağlanıb ki, bu da Azərbaycanın yerli maliyyə institutlarının biznesimizə etimadından xəbər verir. Tədqiqat və işlənmə mərhələsində olan aktivlər portfelimizdə mühüm potensial müşahidə edirik və bu əlavə kapital dəstəyi sayəsində şirkətin daha da inkişaf edəcəyinə ümid edirik", - Anglo Asian şirkətinin baş direktoru Reza Vaziri müqavilənin imzalanmasını şərh edib.

Anglo Asian Mining-in Azərbaycanda əsas fəaliyyəti Gədəbəy rayonunda cəmlənib və bu il rayonda "Zəfər" yatağının istismara verilməsi planlaşdırılır. Bundan başqa, yaxın illərdə şirkət Azərbaycanda "Qaradağ", "Xarxar" və "Dəmirli" kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. Anglo Asian Mining şirkəti işğaldan azad edilmiş ərazilərdə Zəngilan rayonunda "Vejnəli" qızıl yatağının kəşfiyyatına artıq başlayıb.

Anglo Asian Mining tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti