Bakı. Trend:
TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) gömrük prosedurlarının sadələşdirilməsini və rəqəmsallaşdırılmasını dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iştirakçı dövlətlərlə birgə bu proses üzərində çalışır.
"Rəqəmsallaşma təkcə marşrutun cəlbediciliyinin artmasına imkan verməyəcək, həm də əlavə yüklərin cəlb edilməsinə səbəb olacaq. TRACECA bütün maraqlı strukturlara qeyd olunan proseslərdə dəstək göstərməyə hazırdır", - o əlavə edib.