...

"Xanoba" məntəqəsinin açılması Rusiya ilə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq - Şahin Mustafayev

İqtisadiyyat Materials 17 Mart 2023 16:09 (UTC +04:00)
"Xanoba" məntəqəsinin açılması Rusiya ilə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq - Şahin Mustafayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Xaçmaz. Trend:

Yenidənqurmadan sonra istismara verilən "Xanoba" sərhəd-keçid məntəqəsi Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanın Rusiya ilə sərhədində "Xanoba" gömrük postunun açılış mərasiminin kuluarlarında jurnlistlərə deyib.

Onun sözlərinə görə, bu sərhəd keçidi, həmçinin, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək.

"Azərbaycan hökuməti ölkənin nəqliyyat və logistika imkanlarının inkişafına prioritet diqqət ayırır. Həmçinin, bu sektor sosial-iqtisadi inkişaf baxımından prioritet kəsb edir. "Xanoba" sərhəd məntəqəsi müasir vasitə və texnologiyalarla təchiz olunub ki, bu da sərhəddə buraxılış müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək", - o deyib.

Mustafayev, həmçinin, "Xanoba" məntəqəsinin Şimaldan Cənuba yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəyini qeyd edib.

"Biz bir istiqamətdə 550 yük avtomobilinin, 30 sərnişin avtobusunun və minədək avtomobil və sərnişinin keçidini təmin edə bilərik", - o əlavə edib.

Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra "Xanoba" gömrük postunun istismara verilməsi mərasimi baş tutub. Gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. "Xanoba" gömrük postunun bərpasına dair qərar "Samur" gömrük postunun buraxılış yükünün azaldılması məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti