...

Yanvar-fevral aylarında Azərbaycandan ixrac edilən neftin dəyəri 3,2 milyard dollardır

İqtisadiyyat Materials 26 Mart 2023 05:24 (UTC +04:00)
Yanvar-fevral aylarında Azərbaycandan ixrac edilən neftin dəyəri 3,2 milyard dollardır

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 5 milyon 175 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 250,6 milyon ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 4 milyon 900,3 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 2 milyard 943,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, neft bitumunun ixracı isə kəskin azalaraq ötən ayın göstəricisi ilə sabit (22,42 ton) qalıb. İxrac edilən məhsulun dəyəri isə 7,8 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq aylarında ölkədən 21 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 4,9 milyon ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti