...

Qazaxıstanla Azərbaycan arasında biznes sazişləri imzalanıb (FOTO)

İqtisadiyyat Materials 5 Aprel 2023 11:18 (UTC +04:00)
Qazaxıstanla Azərbaycan arasında biznes sazişləri imzalanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycanla Qazaxıstan arasında saziş və memorandumların imzalanması mərasimi baş tutub.

Trend xəbər verir ki, Qazaxıstandan Azərbaycana metal məhsulların və polad lövhələrin, həmçinin qida məhsulları və qənnadı məmulatlarının tədarükü üzrə saziş imzalanıb.

Bundan başqa, Azərbaycana Qazaxıstandan akkumulyator və transformatorların tədarükü üzrə sənəd imzalanıb.

Qeyd edək ki, aprelin 5-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti