...

Qazaxıstanlı nazir TBNM-in inkişafı üzrə tədbirlərdən danışıb

İqtisadiyyat Materials 7 Aprel 2023 19:56 (UTC +04:00)
Qazaxıstanlı nazir TBNM-in inkişafı üzrə tədbirlərdən danışıb
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) əməkdaşlıq uğurla inkişaf edir.

Trend cümə günü xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən deyib

Onun sözlərinə görə, Qazaxıstan özünün şərq sərhədlərində Dostık-Moyıntı dəmir yolunu inşa edir ki, bu da Çindən gələn qatarlarının sayını sutkada 12-dən 60-a çatdırmağa imkan verəcək.

Nazir, həmçinin nəqliyyatdakı məhdudlaşdırıcı faktorların aradan qaldırılması üzrə digər tədbirləri vurğulayıb. O, xüsusən də Aktau, Kurık limanlarının genişləndirilməsi üzrə işləri və Almatı şəhəri ətrafında yolun tikintisini qeyd edib.

S.Jumanqarin sonda jurnalistlərə Aktau limanında həmçinin marşrutun fəaliyyətinə müsbət təsir göstərəcək konteyner qovşağının tikintisi barədə məlumat verib.

Xatırladaq ki, Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti