...

TEİAŞ tender elan edib

İqtisadiyyat Materials 12 Aprel 2023 18:40 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) Antalya şəhərində tədris binasında təbii qaz quraşdırılması işi üzrə tender elan edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Elektron Dövlət Satınalmaları Platformasından (EKAP) bildirilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təbii qaz quraşdırılması işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 90 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 5 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 11:00-a qədər “TEİAŞ 19. Bölge Müdürlüğü Toplantı Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 242 346 50 55 - 242 345 49 00

Xəbər lenti

Xəbər lenti