...

Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini dörd dəfə artırıb

İqtisadiyyat Materials 16 Aprel 2023 08:06 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Trend xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bu 2022-ci illə müqayisədə ixrac həcmi üzrə 4,1 dəfə və dəyər üzrə 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti