...

Qarabağda heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub - AQTA sədri

İqtisadiyyat Materials 25 Aprel 2023 11:00 (UTC +04:00)
Qarabağda heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub - AQTA sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Birinci Böyük Qayıdış Proqramı”nda işğaldan azad edilən ərazilərdə xəstəliklərdən azad zonaların yaradılması ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA, Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə bu gün Bakıda keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, respublikanın baş baytar müffətişi ilə birlikdə həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də FAO kimi beynəlxalq təşkilatların ekspertləri ilə birgə işğaldan azad edilən ərazilərə baxış keçirilib.

“Hansı yerlərdə xəstəliklərdən azad zonalar yaradılması barədə prioritetlər müəyyənləşdirilir”,- deyə Q.Təhməzli əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti