...

Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcəklər

İqtisadiyyat Materials 28 Aprel 2023 07:33 (UTC +04:00)
Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcəklər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Daşkənd. Trend:

Bu gün Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 300-ə yaxın birgə müəssisə fəaliyyət göstərir.

Bunu Trend-ə müsahibəsində Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin MDB ölkələri üzrə Baş İdarəsinin rəisi Şoxrux Qulamov deyib.

"Qeyd etmək lazımdır ki, bu rəqəm ildən-ilə artır və beləliklə, bizim qarşılıqlı ticarətin səviyyəsi yüksəlir. Keçən il bizim ticarət səbiyyəsi illik müqayisədə 54 faiz artaraq 181 milyon dollara çatıb. Bu il də biz ticarətdə artım tendensiyası müşahidə edirik", - deyə Ş.Qulamov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan ən yüksək səviyyədə müntəzəm əlaqələr saxlayır və iki dövlət başçıları arasında münasibətlər bütün sahələrdə və təbii ki, investisiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verir.

"Ötən il Azərbaycan və Özbəkistan neft-qaz, neft-kimya, tekstil sənayesi, ipəkçilik sahələrində bir sıra layihələrə start verib. Bizim çoxlu işgüzar nümayəndə heyətlərimiz olub. Məsələn, fevral ayında birinci Özbəkistan-Azərbaycan forumu keçirildi, bunun ardınca biz də ölkələrimiz arasında investisiya baxımından əməkdaşlığı daha da genişləndirəcək bir sıra sənədlər və sazişlər imzaladıq", - deyə Ş.Qulamov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti