...

Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının toplantısında iştirak edir

İqtisadiyyat Materials 1 May 2023 11:43 (UTC +04:00)
Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının toplantısında iştirak edir

Bakı. Trend:

Cənubi Koreyanın İnçion şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısı keçirilir. Mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

“Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusu altında keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutur.

Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 5000-ə yaxın iştirakçının bir araya gəldiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafının əsas istiqamətləri, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, post-pandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri və digər qlobal xarakterli məsələlər müzakirə edilir.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti