Bakı. Trend:
KAAN sadəcə bir təyyarə deyil, həm də silahdır, onu yerli və milli proqramlarımızla təchiz edəcəyik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri təyyarənin təlim pilotu Gökhan Bayramoğlu bildirib.
O, həmçinin bildirib ki, milli döyüş təyyarəsi KAAN yüksək sürətli taksi sınaqlarından sonra ilk uçuşunu həyata keçirəcək.
"Təyyarənin taksi testləri uğurla tamamlanıb. Hazırda təyyarənin idarəetmə sistemləri üzərində işlər davam edir", - deyə pilot əlavə edib.
Bayramoğlu onu da qeyd edib ki, milli döyüş təyyarəsi pilotun iş yükünü azaldacaq imkanlara malikdir və buna görə də təyyarəni idarə edən pilot həm də bütün hava məkanına nəzarət edə biləcək.
Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan qırıcı təyyarələri əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.