...

Elə ki 3 daş qoyulur, hərə bir qara qovluqla gəlir - Deputat

İqtisadiyyat Materials 4 May 2023 13:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tikintiyə icazələrin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılmalıdır.

Trend xəbər verir ki, bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Əsasən Bakının qəsəbələrində və regionlarda bu hal müşahidə edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən tökülüşdülər, hərə bir qara qovluqla gəlir, deyir ki, bunun sənədini göstər. Sənəd göstərilir, deyirlər ki, yox e filan yerdən də icazə al. Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər, bu onun boynuna atır, o bunun boynuna atır. Bütün belə problemləri öz üzərinə götürmək üçün Dövlət Arxitektura və Şəhərsalma Komitəsində səlahiyyətlər olmalıdır”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti