...

2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov

İqtisadiyyat Materials 6 May 2023 10:12 (UTC +04:00)
2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb.

Trend-in məlumatına görə, bunu şənbə günü informasiya agentliklərinə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin profisiti 1 milyard 723 milyon manat olub. Dövlət büdcəsinin gəlirləri 8,29 milyard manat, xərcləri isə 6,567 milyard manat təşkil edib. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 4,43 milyard manat və ya ümumi dövlət büdcəsinin gəlirlərinin 53,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti