...

Azad edilən ərazilərin hidroenerji potensialı yenidən tədqiq edilib

İqtisadiyyat Materials 26 May 2023 16:33 (UTC +04:00)
Azad edilən ərazilərin hidroenerji potensialı yenidən tədqiq edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin hidroenerji potensialı yenidən tədqiq edilib

Trend xəbər verir ki, bunu "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

Onun sözlərinə görə, tapşırığa əsasən mütəxxəsislər tərəfindən regionun hidroenerji potensialı yenidən araşdırılıb, işğal dövründə mövcud olmuş və düşmən tərəfindən dağıdılmış 135,8 MVt gücündə 29 ədəd su elektrik stansiyasından əlavə ekoloji normalar daxilində 237, 55 MVt gücündə SES-in tikintisi üçün təkliflər hazırlanıb və Prezident İlham Əliyevə təqdim edilib.

“Prezident İlham Əliyev bu SES-lərdən 7 ədədinin 2022-ci ildə, 9 ədədinin isə 2023-cü ildə başlaması barədə tapşırıq verib”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti