Bakı. Trend:
Tbilisidə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan-Azərbaycan biznes
forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət
Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı və kadastrı sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəd
daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində iki ölkənin
müvafiq qurumları arasında əlaqələrin qurulmasını, gələcəkdə bu
sahədə əməkdaşlığın genişləndirilməsini, qanunvericiliklə bağlı
təcrübə mübadiləsinin aparılmasını özündə ehtiva edir.