Bakı. Trend:
Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
Trend-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən
iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” qanuna
təklif edilən dəyişiklikdə əksini tapıb.Nisyə mal alqı-satqısı ilə
məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə
satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda)
tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların
fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə
bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal
alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin
razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi
tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı
kredit bürosuna təqdim etməlidirlər.
Bu tələb qəbul ediləcəyi təqdirə qanunun dərc edildiyi gündən üç ay
sonra qüvvəyə minəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”