...

Bakıdan Naxçıvana təxirə salınmış reyslərin yerinə yetiriləcəyi vaxt məlum oldu

İqtisadiyyat Materials 23 İyun 2023 01:19 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək.

Bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətindən bildirilib.

Reyslər:

J2-2251 (uçuş saatı 17:30),
J2-265 (uçuş saatı 18:00),
J2-261 (uçuş saatı 19:40),
J2-257 (uçuş saatı 21:30),

Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti