Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında qurumun 2023-2027-ci illər üçün ölkəmizin maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsi imkanları müzakirə edilib.
AMB-dan Trend-ə bildirilib ki, EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə EBRD-nin Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdəki fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.