...

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 7 İyul 2023 15:00 (UTC +04:00)
Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz artaraq 128,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,6 faiz artaraq 17,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti