...

ARDNF-dən büdcəyə transfert proqnozdan az olub

İqtisadiyyat Materials 15 İyul 2023 17:40 (UTC +04:00)
ARDNF-dən büdcəyə transfert proqnozdan az olub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olub.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan verib.

Xatrıladaq ki, 2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti