...

"PwC"nin idarəedici tərəfdaşı Mövlan Paşayev vəzifəsindən gedib

İqtisadiyyat Materials 20 İyul 2023 13:59 (UTC +04:00)
"PwC"nin idarəedici tərəfdaşı Mövlan Paşayev vəzifəsindən gedib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"PwC"nin (PricewaterhouseCoopers) Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev vəzifəsini tərk edib.

Trend cümə axşamı xəbər verir ki, bu vəzifədə onu Maykl Ahern əvəzləyib.

M.Ahern uzun müddət "PwC"nin Qazaxıstan üzrə idarəedici tərəfdaşı vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Paşayev idarəedici tərəfdaşı vəzifəsində 1996-cı ildən fəaliyyət göstərirdi.

"PwC" konsaltinq və audit sahəsində xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsidir. "PricewaterhouseCoopers" adı altında "PricewaterhouseCoopers International Limited" şirkətlər qrupuna daxil olan hər biri müstəqil hüquqi şəxs olan şirkətlər başa düşülür. Brend 160 ildən çoxdur ki, fəaliyyət göstərir və auditor şirkətlərinin "böyük dördlüyü"nə daxildir.

"PwC"nin Azərbaycanda strategiyası ilk öncə yerli biznesə, o cümlədən özəl və dövlət sektoruna uğurlu transformasiyada yardım etməkdən ibarətdir. Bu, qlobal "PwC" şəbəkəsinin əsas istiqamətlərindən biridir.

"PwC" Azərbaycana müəssisə və bizneslərin inkişafında, rəqabət qabiliyyətlərinin artırılmasında, strukturlarının dəyişməsində, o cümlədən mövcud çağırışlara müvafiq olaraq biznes qurmağın formalarını təkmilləşdirməkdə köməklik göstərməyi hədəfləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti