...

Xalq Bankın “Yubiley” filialı yeni ünvanda

İqtisadiyyat Materials 21 İyul 2023 11:49 (UTC +04:00)
Xalq Bankın “Yubiley” filialı yeni ünvanda

Bakı. Trend:

Bankın filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə Xalq Bankın “Yubiley” filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək. Filial iyulun 24-dən etibarən Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 24 ünvanında yerləşən yeni, müasir və rahat ofisdə müştərilərinin xidmətində olacaq.

Filialda fiziki və hüquqi şəxslər hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, ödəniş kartları, əmanətlər, valyuta mübadiləsi, kommunal və digər ödənişlər, pul köçürmələri, depozit seyfləri və s. kimi müxtəlif bank xidmətlərindən faydalana bilərlər. Burada, həmçinin müştərilərin rahatlıqla müxtəlif özünəxidmət terminallarından istifadəsinə də şərait yaradılmışdır.

2015-ci ildən fəaliyyət göstərən “Yubiley” filialı müştərilərini həftəiçi 5 gün, saat 09:30-dan 17:00-dək qəbul edir. Xalq Bankın ölkə ərazisində 30 filialdan ibarət xidmət şəbəkəsi barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi

Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti