...

Azərbaycanda bu məhsulların istehsalı dəfələrlə artıb

İqtisadiyyat Materials 10 Avqust 2023 12:22 (UTC +04:00)
Azərbaycanda bu məhsulların istehsalı dəfələrlə artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 1,6 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,3 faiz artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 faiz, poliqrafiya məhsullarının istehsalı 34,3 faiz, kağız və karton istehsalı 31,8 faiz, içkilərin istehsalı 26 faiz, tikinti materiallarının istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 20 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,1 faiz, neft məhsullarının istehsalı 15,9 faiz, qida məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 10 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,6 faiz, mebel istehsalı 2,5 faiz artıb.

Elektrik avadanlıqlarının istehsalı 0,2 faiz, əczaçılıq məhsullarının istehsalı 13,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 faiz, geyim istehsalı 23,4 faiz, sair sənaye məhsullarının istehsalı 29,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti