...

Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər 5,7 faiz artıb

İqtisadiyyat Materials 15 Avqust 2023 07:21 (UTC +04:00)
Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər 5,7 faiz artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 faiz artıb.

2023-cü ilin ilk yeddi ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti