...

Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb

İqtisadiyyat Materials 17 Avqust 2023 11:41 (UTC +04:00)
Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,88 (1,84) manata, 100 türk lirəsinə 6,44 (8,31) manata, 100 rus rubluna 1,88 (2,16) manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti