...

Azərbaycanda dizel bahalaşa bilər?

İqtisadiyyat Materials 22 Avqust 2023 12:12 (UTC +04:00)
Azərbaycanda dizel bahalaşa bilər?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda dünyanın bir çox ölkələrində dizel yanacağı qıtlığı yaşanır. Dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə enib. Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər və enerji məhsulunun qiymətini kəskin arta bilər.

Bəs ölkəmizdə dizelin qiyməti arta bilərmi?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Amerika və Avropada dizel yanacağının qiymətində artım var.

"Lakin bunun ölkəmizə heç bir aidiyyəti yoxdur. Hazırkı vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşması gözlənilmir".

Ekspert qeyd edib ki, Azərbaycan dizel yanacağını idxal etmir.

"Bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti