...

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 300 milyon dolları ötüb

İqtisadiyyat Materials 6 Sentyabr 2023 14:04 (UTC +04:00)
Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 300 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıraraq, 328,7 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Vurğulanıb ki, avqust ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7 faiz artıraraq, 41,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 19,5 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti