...

Aktiv vergiödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 10 Sentyabr 2023 04:30 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 745,6 min olub.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 9,3 faiz artıb və 43,6 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 5 faiz artaraq 198,7 minə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti