...

"Azəriqaz" növbəti həftə rayonlarda aksiya keçirəcək

İqtisadiyyat Materials 10 Sentyabr 2023 15:02 (UTC +04:00)
"Azəriqaz" növbəti həftə rayonlarda aksiya keçirəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir.

İB-dən Trend-ə bildirilib ki, növbəti həftə (12,14 və 15 sentyabr tarixləri) daha 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 2-ci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonunun Ərəbşalbaş kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunun Topçu kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Şamaxı rayonunun Çuxuryurd kəndində (Mədəniyyət Evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edə, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti