Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən Trend-ə bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 46 min 963 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 799 milyon 162 min 925 manatdır.