Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.
"Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o, qeyd edib.