Bakı. Trend:
Oktyabrın 2-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.
Trend-in məlumatına görə, görüş zamanı Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.