...

Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər

İqtisadiyyat Materials 6 Oktyabr 2023 16:16 (UTC +04:00)
Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda banklar antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin qohumlarının da kredit borcunu silə bilər.

Trend xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o, qeyd edib.

Z.Nuriyevin sözlərinə görə, həmçinin, Azərbaycanın antiterror tədbirləri zamanı xəsarət almış hərbi qulluqçularının kredit öhdəlikləri üzrə 2023-cü il sentyabrın 19-dan 2023-cü il dekabrın 31-dək hesablanmış faiz və digər ödənişlərinin bankların hesabına silinməyi təklif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti