...

Azərbaycanda ictimai iaşə dövriyyəsi 21 %-dən çox artıb

İqtisadiyyat Materials 14 Oktyabr 2023 13:57 (UTC +04:00)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 21 %-dən çox artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 21,2 % artaraq 1 milyard 484,3 milyon manat olub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ictimai iaşə dövriyyəsinin 13 milyon 539,5 min manatı dövlət, 1 milyard 470,7 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Hesabat dövrünə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 22,5 % artaraq 742,3 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti