...

Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib - Bəşir Hacıyev

İqtisadiyyat Materials 19 Oktyabr 2023 15:56 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Xəzər İnşaat Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib.

"Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan istifadə edə, həmçinin tikinti şirkətləri üçün əlverişli mühit yarada biləcəklər", - B.Hacıyev deyib.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Ağdam Sənaye Parkında bütünlükdə 60 milyon manatdan çox investisiya qoyulacaq. Sənaye parkında 700-dən çox iş yerinin açılması planlaşdırılır. Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb olunmasına, Qarabağın dirçəlişinə və bütünlükdə ölkənin qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək

2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti