...

Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir

İqtisadiyyat Materials 20 Oktyabr 2023 15:22 (UTC +04:00)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir

Bakı. Trend:

Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü layihələrə hər zaman dəstək göstərən Yelo Bank həssas əhali qruplarının yanında olmağa davam edir. Bank bu dəfə növbəti 3 vətəndaşın özünüməşğulluğunun təşkilinə köməklik göstərib.

Belə ki, Bank sahibkarlıq fəaliyyətinə başlamaq istəyən, Aprel döyüşlərinin iştirakçısı Quliyev Xəyyama kiçik foto-atelye, Axundova Aynurəyə təlim-tədris paketi, Abdullayev İmadəddinə isə poliqrafiya xidmətləri üçün lazımi avadanlıqları hədiyyə edib. Beləliklə, həmin vətəndaşlar bir sahibkar kimi öz kiçik bizneslərinə başlayacaq və gələcəkdə işlərini daha da böyüdə biləcəklər. Yelo Bank bu günədək Bakı və Abşeronla yanaşı, daha çox bölgələrdə işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan vətəndaşlara fərdi sahibkarlığa başlamaq üçün dəstək göstərib.

Qeyd edək ki, "Özünüməşğulluq" proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən, həssas qruplara aid vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Online mikro kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti